Argentina millisinin qapıçısı Emiliano Martines Lionel Messinin yığma komandada keçirəcəyi vida oyunu ilə bağlı gözləntilərini bölüşüb.
TyC Sports nəşrinin məlumatına görə, Martines komanda yoldaşlarının Messinin son oyununu unudulmaz etməyə çalışacaqlarını bildirib.
“Çalışacağıq ki, o, bu anın dadını mümkün qədər çox çıxarsın. Onu sevgi və qayğı ilə əhatə edəcək, öpüşlərə qərq edəcək və xoşbəxt olması üçün əlimizdən gələni edəcəyik”, – deyə qapıçı bildirib.
Lionel Messi oktyabrın 6-da Argentina millisinin heyətində vida oyununa çıxacaq. Buenos-Ayresdə keçiriləcək yoldaşlıq görüşündə Argentina Benin millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, Messi avqustun 31-də milli komandadakı karyerasını başa vurmaq qərarını açıqlayıb və bu qərarın onun üçün ağrılı olduğunu bildirib.

