Argentina millisi matçın gedişində hesabda geri düşsə də, İngiltərəni 2:1 hesabı ilə məğlub edərək 2026-cı il futbol üzrə dünya çempionatının ikinci finalçısı olub.
Qarşılaşma ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilib.
Argentina yığmasının heyətində Enso Fernandes 85-ci dəqiqədə fərqlənib. Lautaro Martines isə ikinci hissəyə əlavə olunmuş vaxtda — 90+2-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.
İngiltərə millisinin yeganə qoluna Entoni Qordon 55-ci dəqiqədə imza atıb.
19 iyulda keçiriləcək final matçında Argentina millisi daha əvvəl Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq.

