Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirini 14 medalla başa vurublar.
Yığmamız yarışda 1 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıb.
Turnirin ikinci günündə Azərbaycan təmsilçiləri 6 dəfə fəxri kürsüyə yüksəliblər.
Südabə Ağayeva (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Mədinə Kaysinova (+78 kq) isə gümüş mükafata sahib olub.
Canpolad Əliyev və Elmar Qasımov (100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (70 kq) bürünc medallarla kifayətləniblər.

Yarışın ilk günündə Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş medal qazanıblar.
Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (73 kq), eləcə də Gülnarə Bayramova (57 kq) bürünc mükafatçılar sırasında yer alıblar.
Beləliklə, Azərbaycan millisi turniri ümumilikdə 14 medalla tamamlayıb.

