akıda keçirilən 17 yaşadək idmançılar arasında yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan millisi 107 xalla komanda hesabında gümüş medal qazanıb.
Yarışın yekun nəticələrinə görə, 127 xalla Rusiya birinci, 107 xalla Azərbaycan ikinci, 96 xalla isə İran üçüncü olub.
Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, millimiz mundialı ümumilikdə 6 medalla başa vurub.
45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı, 51 kq-da Abdurrəhman Hüseynli və 80 kq-da İsfahan Həsənov gümüş medal qazanıblar.
Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalın sahibi olublar.

