Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Astanada keçirilən dünya çempionatının qalibi olub.
77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Moldovanı təmsil edən Aleksandrin Qutsunu məğlub edərək qızıl medal qazanıb.
Daha əvvəl Azərbaycanın digər güləşçisi Eldəniz Əzizli də dünya çempionu olub. Bununla o, beşinci dəfə dünya çempionluğu tituluna yiyələnib.
Qeyd edək ki, Astanada keçirilən dünya çempionatı noyabrın 1-də başa çatacaq.

