ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin satışı ilə bağlı əməliyyatlara tətbiq olunan sanksiyaları müvəqqəti olaraq dayandırıb.
Bu barədə ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Məlumata görə, 12 mart tarixindən əvvəl gəmilərə yüklənmiş xam neftə qarşı məhdudiyyətlər tətbiq edilməyəcək.
Qərara əsasən, ümumi lisenziya sanksiya siyahısına daxil edilmiş tankerlərə də şamil olunur.
Bildirilir ki, bu əməliyyatların həyata keçirilməsinə verilən icazə 11 aprel tarixinədək qüvvədə olacaq.

