ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi hazırda planlaşdırmır. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Tramp bu fikri Fox News-a verdiyi müsahibədə səsləndirib.
O vurğulayıb ki, bu sanksiyalar Vaşinqton üçün güclü təzyiq vasitəsidir.
“Bu, çox güclü sanksiyalardır, tezliklə qüvvəyə minəcək,” — deyə Tramp jurnalistin xatırlatmasına cavab olaraq bildirib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 23 oktyabrda “LUKOIL” və “Rosneft” şirkətlərini sanksiya siyahısına daxil edib və fəaliyyətin dayandırılması üçün 21 noyabra qədər müddət verib.

