Dünya bazarında Azərbaycanın Azeri Light markalı neftinin qiyməti 3,81 dollar və ya 3,07% artaraq 128,05 dollara yüksəlib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB (BTC FOB) şərtləri ilə neftin qiyməti də 3,61 dollar və ya 3,07% artaraq 121,05 dollar olub.
Qeyd edək ki, Azərbaycanın bu il üçün dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində götürülüb, bu isə hazırkı qiymətin gözləntiləri xeyli üstələdiyini göstərir.
Xatırladaq ki, Azeri Light neftinin ən aşağı qiyməti 2020-ci il 21 aprel tarixində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.

