Dünya bazarlarında Azərbaycanın “Azeri Light” markalı nefti (CIF) bahalaşıb.
Məlumata görə, Azərbaycan neftinin bir barelinin qiyməti 0,09 ABŞ dolları və ya 0,08 faiz artaraq 109,19 ABŞ dollarına çatıb.
Beləliklə, dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən artım göstərərək 109 dollar səviyyəsini keçib.
Qeyd edək ki, bundan əvvəl “Azeri Light” neftinin qiyməti 109,1 ABŞ dolları təşkil edirdi.
Xatırladaq ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

