Azərbaycanın əsas ixrac markası olan Azeri Light neftinin qiyməti dünya bazarında artmaqda davam edir. Son məlumatlara görə, bir barel neftin qiyməti 122–123 dollar səviyyəsinə yüksəlib.
Məlumata görə, İtaliyanın Augusta limanında Azərbaycan nefti 122.9 dollar/barel civarında ticarət olunur.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB qiymət isə təxminən 118 dollar/barel səviyyəsində qeydə alınıb.
Ekspertlər qeyd edir ki, son günlərdə neft qiymətlərində artım qlobal enerji bazarında gərginlik, xüsusilə Yaxın Şərqdəki vəziyyət və təklif-risk balansı ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin baza qiyməti cəmi 65 dollar götürülüb ki, bu da hazırkı yüksək qiymət fonunda ölkə iqtisadiyyatı üçün əlavə gəlir deməkdir.

