Bu gün Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana növbəti tranzit yük daşınması həyata keçirilib.
Bildirilir ki, söhbət 2 vaqon alüminiumdan — bu yük ilk dəfə daşınıb — və 9 vaqon taxıldan gedir.
Yüklər Azərbaycan Dəmir Yolları QSC-nin Balaxanı stansiyasından yola salınıb.
Xatırladaq ki, ötən gün də Azərbaycan üzərindən Rusiyadan Ermənistana ümumi çəkisi 543 ton olan 8 vaqon gübrə və 695 ton çəkidə 10 vaqon taxıl göndərilmişdi.

