ABŞ ilə İran arasında sülh danışıqlarında irəliləyişlə bağlı ümidlər fonunda neft qiymətləri cümə axşamı təxminən 4 faiz ucuzlaşıb.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 97,29 dollar təşkil edib.
Bu, əvvəlki hərracın bağlanışı ilə müqayisədə 3,98 dollar və ya 3,93 faiz azalma deməkdir.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyun fyuçersləri isə həmin vaxtadək 3,7 dollar və ya 3,89 faiz ucuzlaşaraq bir barel üçün 91,38 dollara düşüb.

