Çərşənbə günü axşam saatlarında dünya bazarında neftin ucuzlaşması sürətlənib.
Buna ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin tezliklə başa çatacağı ilə bağlı açıqlamaları təsir edib.
Məlumata görə, saat 18:18-ə olan göstəricilərə əsasən, Brent markalı neftin iyul fyuçersləri Londonun ICE Futures birjasında 6,58 dollar, yəni 5,91 faiz ucuzlaşaraq 104,7 dollar/barel səviyyəsinə düşüb.
Eyni vaxtda WTI markalı neftin iyul fyuçersləri NYMEX birjasında 5,51 dollar, yəni 5,29 faiz ucuzlaşaraq 98,64 dollar/barel təşkil edib.

