Cümə axşamı neft kotirovkaları Yaxın Şərq münaqişəsinin həlli perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda artımı sürətləndirib.
Moskva vaxtı ilə saat 18:02-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçersləri 3,25 dollar, yəni 3,07 faiz bahalaşaraq 108,97 dollar/barel səviyyəsinə çatıb.
Bu vaxt NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 3,5 dollar, yəni 3,46 faiz artaraq 104,67 dollar/barel olub.

