Rusiya Ermənistana qazın rüsumsuz tədarükü ilə bağlı sazişi dayandıra və ya ləğv edə bilər. Bu barədə “Kommersant” qəzeti Rusiyanın energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Məktubda qeyd olunur ki, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirməsi və hökumətin Aİ-yə üzv olmaq niyyətini bəyan etməsi Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının yüksək səviyyəsinin qorunmasını risk altına qoyur.
Nəşrin məlumatına görə, Ermənistan avrointeqrasiya kursunu davam etdirərsə, ölkə Rusiyadan təbii qaz, neft məhsulları və emal olunmamış almazlarla bağlı güzəştlərdən məhrum ola bilər.

