Londonun ICE birjasında 2026-cı ilin avqustunda tədarük ediləcək Brent markalı neftin fyuçers qiyməti 2026-cı il martın 10-dan bəri ilk dəfə 84 dollardan aşağı düşüb.
Ticarət məlumatlarına görə, Bakı vaxtı ilə saat 01:01-də Brent neftinin qiyməti 3,79 faiz azalaraq 83,51 dollar təşkil edib.
Daha sonra, Bakı vaxtı ilə saat 01:10-da Brent markalı neftin qiyməti 83,84 dollar səviyyəsinə yüksəlsə də, əvvəlki göstərici ilə müqayisədə 3,41 faiz azalma qeydə alınıb.
Eyni zamanda, 2026-cı ilin iyulunda tədarük ediləcək WTI markalı neftin fyuçers qiyməti də ucuzlaşıb. WTI neftinin qiyməti 3,97 faiz azalaraq 80,94 dollar olub.

