Dünya bazarında neft qiymətləri cümə axşamı bir gün əvvəlki artımdan sonra ucuzlaşıb. Bazarın diqqət mərkəzində yenə də Yaxın Şərqdəki vəziyyət qalır.
Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri Bakı vaxtı ilə saat 09:04-a olan məlumata görə, 0,83 dollar və ya 0,85 faiz ucuzlaşaraq 96,98 dollar/barel səviyyəsində satılıb.
Çərşənbə günü bu müqavilənin qiyməti 1,81 dollar və ya 1,89 faiz artaraq 97,81 dollar/barel olmuşdu.
ABŞ-ın WTI markalı neftinin iyul fyuçersləri isə Nyu-York Əmtəə Birjasının NYMEX elektron hərraclarında həmin vaxta qədər 0,73 dollar və ya 0,76 faiz ucuzlaşaraq 95,29 dollar/barel təşkil edib.
Əvvəlki sessiyanın yekunlarına görə, WTI-nin qiyməti 2,26 dollar və ya 2,41 faiz artaraq 96,02 dollar/barel səviyyəsinə yüksəlmişdi.

