Dünya bazarında qızılın qiyməti ucuzlaşıb.
“Reuters”in məlumatına görə, spot qızılın qiyməti 0,5 faiz azalaraq bir unsiya üçün 4087,68 dollar təşkil edib. Bu, iyunun 11-dən bəri qeydə alınan ən aşağı göstərici olub.
ABŞ-də avqust fyuçersləri üzrə qızılın qiyməti də geriləyərək 4149,40 dollar səviyyəsində qərarlaşıb.
Hazırkı göstəriciyə əsasən, qızılın bir qramı təxminən 131,42 dollar, Azərbaycan manatı ilə isə təxminən 223,42 manat edir.
Analitiklər qiymətli metalın ucuzlaşmasını ABŞ Federal Ehtiyat Sisteminin faiz artımı ilə bağlı gözləntilərinin güclənməsi və dolların möhkəmlənməsi ilə əlaqələndirirlər.
Qızıl adətən qeyri-müəyyənlik dövrlərində təhlükəsiz aktiv kimi dəyərləndirilsə də, yüksək faiz gözləntiləri investorların bu metala marağını azalda bilər.

