Nyu-York Əmtəə Birjasında (Comex) qızılın qiyməti tarixdə ilk dəfə 3949 dolları keçib.
DenMedia.az xəbər verir ki, bazar ertəsi səhəri dekabr fyuçerslərinin dəyəri 3950 dollar olub — bu, əvvəlki ticarət gününə nisbətən 1%-lik artım deməkdir. Daha sonra qiymət bir qədər enərək 3948,2 dollar səviyyəsində qərarlaşıb.
Ekspertlər hesab edirlər ki, il sonuna qədər qızılın qiyməti 4000 dolları keçə bilər. Bu proqnozun səbəbi kimi geosiyasi gərginlik, ABŞ və Çin arasında ticarət riski, eləcə də FED-in sərt pul siyasəti göstərilir.
Belə bir şəraitdə inflyasiyanın artacağı, ABŞ Mərkəzi Bankının isə faiz dərəcələrini yüksək saxlamağa məcbur qalacağı vurğulanır.