Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyini elan etməsindən sonra ABŞ istiqrazlarının gəlirləri və dollar bahalaşıb.
Den.az xəbər verir ki, bitkoinin qiyməti 75 min dolları keçərək rekord qırıb. ABŞ-da 10 illik xəzinə istiqrazı faizi 18 bənd artaraq 4,47 faizə yüksəlib.
2 illik xəzinə istiqrazı da 4,31 faiz artıb. Dollar indeksi 1,5 faiz artaraq 104,97-yə çatıb. Dollar indeksi 2023-cü ilin əvvəlindən bəri ən böyük gündəlik yüksəlişini həyata keçirib. Qızılın isə unsiya qiyməti 0,4 faiz azalaraq 2732 dollar olub. ABŞ-da prezident seçkilərindən sonra möhkəmlənən dollar neft və mis qiymətlərinə də təsir edib.
Brent markalı neftin barreli 2,5 faiz azalaraq 73,64 dollar, “West Texas Intermediate” (WTI) markalı xam neftin barreli isə 2,4 faiz azalaraq 70,23 dollar olub. Analitiklər hesab edir ki, Trampın miqrasiyanıməhdudlaşdırmaq, vergi və tarifləri azaltmaq planları qlobal aktivlərə təsir edib. Metbuat.az
Neft ucuzlaşdı, dollar bahalaşdı, bitkoin rekord qırdı - Tramp iqtisadiyyatı alt-üst etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.