Londonun Intercontinental Exchange (ICE) birjasında bu ilin sentyabr ayında tədarük ediləcək Brent markalı neft fyuçerslərinin qiyməti təxminən bir ay sonra ilk dəfə 85 dolları ötüb.
Ticarət məlumatlarına görə, saat 03:16-da Brent fyuçerslərinin qiyməti iyunun 15-dən bəri ilk dəfə 2,04 faiz artaraq 85,02 dollar təşkil edib.
Yeddi dəqiqə sonra isə Brent neftinin qiyməti 85,64 dollaradək yüksəlib. Bu, qiymətin 2,78 faiz bahalaşması deməkdir.
Eyni zamanda, iyul ayında tədarük ediləcək WTI markalı neft də bahalaşıb. Qiymət 8,25 faiz artdıqdan sonra WTI nefti 80,42 dollara satılıb.

