Londonun ICE birjasında 2026-cı ilin avqustunda tədarük ediləcək Brent markalı neftin fyuçers qiyməti martın 2-dən bəri ilk dəfə 77 dollardan aşağı enib.
Ticarət məlumatlarına görə, Bakı vaxtı ilə saat 17:53-də Brent neftinin qiyməti 3,32 faiz azalaraq 76,91 dollar/barel səviyyəsinə düşüb.
Daha sonra eniş bir qədər zəifləyib. Bakı vaxtı ilə saat 17:58-də Brent nefti 77,19 dollar/barel səviyyəsində ticarət olunub.
Eyni müddətli ABŞ-ın WTI markalı neft fyuçersi isə daha kəskin ucuzlaşıb. Onun qiyməti 3,53 faiz azalaraq 73,33 dollar/barel təşkil edib.

