“Brent” markalı neftin fyuçerslərinin qiyməti iyulun sonundan bəri ilk dəfə bir barel üçün 97 dollar həddini keçib.
Ticarət məlumatlarına görə, qiymət artımı treyderlərin ABŞ və İran arasında münaqişənin daha da kəskinləşməsi ilə bağlı narahatlıqları fonunda baş verib.
Bakı vaxtı ilə saat 08:24-də “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,81 faiz artaraq bir barel üçün 95,42 dollar təşkil edib.
WTI markalı neftin oktyabr fyuçersləri də 0,5 faiz bahalaşaraq bir barel üçün 90,67 dollara çatıb.

