Dünya bazarlarında neftin qiyməti yenidən yüksəlib.
Londonun ICE birjasında oktyabr tədarüklü Brent markalı neftin fyuçerslərinin qiyməti 92 dollar həddini keçib. Bu, iyulun 30-dan bəri ilk belə göstəricidir.
Bakı vaxtı ilə təxminən saat 04:50-də Brent neftinin qiyməti 1,13 faiz artaraq 92,05 dollara çatıb.
Bir qədər sonra artım tempi zəifləyib və neftin bir barelinin qiyməti 91,9 dollar səviyyəsində qərarlaşıb.
Eyni zamanda, sentyabr tədarüklü WTI markalı neftin fyuçersləri də 1,46 faiz bahalaşaraq 84,96 dollara yüksəlib.
Beləliklə, hər iki əsas neft markasında qiymət artımı davam edir.

