Londonun ICE birjasında sentyabrda tədarük ediləcək “Brent” markalı neftin fyuçers qiyməti iyunun 12-dən bəri ilk dəfə bir barel üçün 88 dolları ötüb.
Bakı vaxtı ilə saat 21:31-ə olan məlumata görə, “Brent” neftinin qiyməti 4,52 faiz artaraq 88,04 dollara çatıb.
Saat 21:36-da isə bahalaşma tempi bir qədər zəifləyib. Neftin bir barelinin qiyməti 4,17 faizlik artımla 87,74 dollar təşkil edib.

