Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində ciddi artım qeydə alınıb.
Denmedia.az xəbər verir ki, “Azeri Light”ın bir barelinin qiyməti 3,02 ABŞ dolları və ya 2,96 faiz artaraq 104,98 dollara yüksəlib.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 101,69 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Beləliklə, hazırkı “Azeri Light” qiyməti büdcədə götürülən göstəricidən təxminən 40 dollar yüksəkdir.

