Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 0,07 dollar və ya 0,07% azalaraq 95,5 ABŞ dolları təşkil edib.
Bundan əvvəl “Azeri Light”ın bir bareli 95,57 ABŞ dollarına satılırdı.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

