İran rialının ABŞ dollarına nisbətdə məzənnəsi sərbəst valyuta bazarında tarixi minimumunu yeniləyib.
Bu barədə Tehran Qızıl və Valyuta İttifaqının İnformasiya Şəbəkəsinə məxsus “tgju.org” maliyyə portalının məlumatlarında qeyd olunub.
Məlumata görə, sərbəst bazarda 1 ABŞ dollarının qiyməti təxminən 2,53 milyon İran rialına çatıb.
Bundan əvvəl İran ölkə tarixində ən böyük nominallı pul nişanı olan 10 milyon riallıq əskinası dövriyyəyə buraxıb. Qərarın yüksək inflyasiya və nağd pula artan tələbat fonunda qəbul edildiyi bildirilir.
Çəhrayı rəngli yeni əskinasın üz tərəfində Yəzddə yerləşən IX əsrə aid Came məscidi, arxa tərəfində isə qədim Bəm qalası təsvir olunub.

