“Spider-Man: Brand New Day” filmi nümayişinin ilk həftəsonunda dünya üzrə 927 milyon dollar gəlir əldə edərək möhtəşəm debüt edib.
Reuters və Variety-nin məlumatına görə, ekran işi Şimali Amerika bazarında 355 milyon dollar qazanıb və “Avengers: Endgame”dən sonra tarixdə ikinci ən böyük açılışa imza atıb. Film ABŞ və Kanadada ilk nümayiş günündə təxminən 168 milyon dollar toplayaraq bir günlük kassa rekordunu yeniləyib.
Filmin rejissoru Destin Daniel Krettondur. Baş rolları Tom Holland, Zendaya və Sedi Sink canlandırıblar.
Yeni ekran işi tənqidçilər və tamaşaçılar tərəfindən müsbət qarşılanıb, xüsusilə süjet xəttinin yenilənməsi və Tom Hollandın performansı yüksək qiymətləndirilib.

