ABŞ-da hazırkı Prezident Donald Trampın təsviri əks olunan sikkələrin ilk partiyası zərb edilib.
ABŞ Sikkəxanasının məlumatına görə, yubiley məqsədilə buraxılan qızıl dollarların ilk partiyası bu payız banklara təqdim ediləcək.
Bildirilir ki, nominal dəyəri 1 dollar olan sikkə 24 karatlıq qızıldan hazırlanıb. Sikkənin üz tərəfində Donald Trampın təsviri, həmçinin ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə “Azadlıq” və “1776–2026” yazıları həkk olunub.
Sikkənin arxa tərəfində isə ABŞ-ın əsas rəmzlərindən biri olan ağbaş qartal təsvir edilib.

