ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqların yekununda Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına genişmiqyaslı tədarükü barədə razılıq əldə edildiyini bildirib.
Trampın sözlərinə görə, Rusiya dərhal 300 min tondan çox dizel yanacağı tədarük edəcək. Noyabr ayı ərzində daha 500 min ton, ardınca isə əlavə 1 milyon ton yanacağın bazara çıxarılması nəzərdə tutulur.
ABŞ Prezidenti qeyd edib ki, Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, qısa müddət ərzində daha 3 milyon ton dizel yanacağının tədarükü də planlaşdırılır.
Tramp əldə olunan razılaşmaların, eləcə də onun iddiasına görə, ABŞ-nin Hörmüz boğazı üzərində tam nəzarətinin dünya bazarında dizel yanacağının qiymətlərinin sürətlə və rekord səviyyədə aşağı düşməsinə səbəb olacağına əminliyini ifadə edib.
O vurğulayıb ki, yanacağın amerikalılar, xüsusilə fermerlər, ranço sahibləri və yük maşını sürücüləri üçün ucuzlaşdırılması onun əsas prioritetlərindən biridir.
“Bu, çox mühüm və əhəmiyyətli açıqlamadır. Bundan əlavə, başa düşmək lazımdır ki, İranın nüvə silahı olmayacaq!” – Tramp “Truth Social” hesabında yazıb.

