Bu gün Azərbaycan Dəmir Yollarının Güzdək stansiyasından Ermənistana 2475 ton dizel yanacağı göndərilib.
Dizel yanacağı ilə yüklənmiş 42 vaqon Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

