Türkiyənin Samsun şəhərində ana öz qızını qətlə yetirib.
“Den.az” yerli mətbuata istinadən xəbər verir ki, Sultan Günaydın adlı qadın müəllim kimi çalışan qızı Tuba Bahar Günaydınla mübahisə edib.
Bu zaman o, qızının boynunu sındıraraq öldürüb.
Bundan sonra cinayət əməlini ört-basdır etməyə çalışan ana ölmüş qızının biləklərini kəsərək hadisəyə “intihar” donu geydirməyə çalışıb.
Lakin, onun əməlinin üstü açılıb və S.Günaydın polis tərəfindən saxlanılıb.
Ananın qızına qarşı amansız rəftarı Türkiyə gündəminə düşüb.