Seneqalda (Qərbi Afrikada yerləşən )beş yaşlı qızın qətli ilə bağlı dəhşətli hadisə baş verib. Bu barədə fevralın 23-də Sene Web məlumat yayıb.
Məlumata görə, azyaşlı gecə saatlarında evdən yoxa çıxıb. Daha sonra onun cəsədi Kaon bölgəsində aşkarlanıb. İstintaqın ilkin versiyasına əsasən, uşağa qarşı xüsusi amansızlıqla cinayət törədilib.
Polis qısa müddət ərzində qətldə şübhəli bilinən L. Salle adlı şəxsi saxlayıb.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs hadisədən əvvəl Dakarda keçmiş sevgilisinə qarşı zorakılıq cəhdi edib. O, gecə vaxtı qadının evinə daxil olaraq təzyiq göstərməyə çalışıb, lakin qonşuların müdaxiləsi nəticəsində planı baş tutmayıb. Daha sonra kişi qadına bıçaqla xəsarət yetirib və ölkənin başqa bölgəsinə qaçıb.
İstintaq materiallarına görə, şübhəli ifadəsində uşağı seçməsini keçmiş sevgilisinin adı ilə əlaqələndirib.
Hazırda faktla bağlı cinayət işi açılıb və istintaq davam etdirilir.

