Yakutiyada 62 yaşlı kişi bıçaqlı hücumda ittiham olunaraq məhkəmə qarşısına çıxacaq.
Hadisə ötən ilin 14-dən 15-nə keçən gecə baş verib. İstintaq materiallarına görə, əvvəllər ağır xəsarət yetirməyə görə məhkum olunmuş və sərxoş vəziyyətdə olan kişi tanışı ilə mübahisə və dava etdikdən sonra evinə gedərək bıçaq götürüb.
Geri qayıdarkən o, UAZ markalı avtomobilin salonunda 43 yaşlı tanımadığı şəxsi görüb və onu mübahisə etdiyi adamla səhv salaraq hücum edib. Şübhəli şəxs zərərçəkənə sinə və qarın nahiyəsindən üç dəfə bıçaq zərbəsi endirib.
Ağır xəsarətlər alan şəxs həkimlərin vaxtında müdaxiləsi sayəsində sağ qalıb. Faktla bağlı cinayət işi məhkəməyə göndərilib.

