Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
DenMedia.az teleqraf-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 nömrəli internat məktəbinin ərazisində qeydə alınıb.
Məlumata görə, 2004-cü il təvəllüdlü Şamil Hüseynov tanışı ilə mübahisə zamanı bıçaq xəsarətləri alıb. Ona qol nahiyəsindən dörd, döş qəfəsi nahiyəsindən isə bir bıçaq zərbəsi vurulub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

