Sumqayıtda yerləşən restoranlardan birində bıçaqlanma hadisəsi baş verib.
Den.az xəbər verir ki, insident şəhərdə fəaliyyət göstərən "Amor" restoranında qeydə alınıb.
Hadisə zamanı 1996-cı il təvəllüdlü İsmayılov Sənan Sahil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. İlkin məlumatlara görə, o, qarın nahiyəsindən ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.
Tibbi mənbələrin verdiyi məlumata əsasən, Sənan İsmayılov dərhal əməliyyata alınıb və onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin başvermə səbəbləri, bıçaqlayan şəxsin kimliyi və motivləri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov
Den.az