Ağstafada 8-ci sinif şagirdi məktəbdə bıçaqlanıb.
Bu barədə Denmedia.az-ın yerli bürosuna hadisə şahidləri məlumat veriblər.
Ağstafa şəhəri 3 nömrəli Tam Orta Məktəbdə mübahisə zəminində 8-ci sinif şagirdi, 2012-ci il təvəllüdlü U.İsmayılov bud nahiyəsindən bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Əraziyə polis əməkdaşları cəlb olunub və hadisəni törətməkdə şübhəli bilinən digər məktəblinin saxlanılması üçün əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.

