Abşeron rayonunda yarımçıq tikililərdən və avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dörd yarımçıq tikilidən ümumilikdə 2 min manat dəyərində elektrik kabelləri və məişət əşyaları oğurlanıb.
Bundan başqa, avtomobillərdən birindən səs gücləndiricisi və digər avadanlıqlar aparılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 38 yaşlı C. Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs oğurladığı avadanlıqları sonradan satıb.
Faktlarla bağlı araşdırma davam etdirilir.

