Bakının Sabunçu rayonunda polisə BYD markalı avtomobildən qızıl qolbaq və qulaqlıqların oğurlanması ilə bağlı müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs – əvvəllər məhkum olunmuş 27 yaşlı E.Xəlilov saxlanılıb.
Oxşar hadisə paytaxtın Yasamal rayonunda da qeydə alınıb. Burada Toyota markalı avtomobildən qulaqlıqlar və digər əşyaları oğurlayan, əvvəllər məhkum olunmuş 35 yaşlı Q.Sultanov müəyyən edilərək saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.

