Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Den.az-a verilən məlumata görə, E.Hüseynovdan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlanıb.
Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, sonra bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb.
Araşdırmalar aparılır.
Lənkəranda əməliyyat: 33 nəfər saxlanıldı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.