Ağdaş rayonunda kişi həyat yoldaşını və 17 yaşlı oğlunu bıçaqlamaqda şübhəli bilinir.
Denmedia.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

