Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kişi həyat yoldaşını öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Denmedia.az report-a istinadən xəbər verir ki, iyulun 31-də Qarxun kənd sakini Məmiyeva Sunay Siyafər qızının qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı cinayətin mərhumun əri, həmin kəndin sakini Məmiyev Nadir Yunis oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs özü polis idarəsinə gələrək əməlini etiraf edib.
İş üzrə ibtidai istintaq davam etdirilir.

