Sumqayıtda tanışına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 18 yaşlı qız saxlanılıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə münaqişə zəminində baş verib. İlkin məlumata görə, yerli sakin G.A. 20 yaşlı G.B.-yə bıçaq xəsarəti yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

