Azərbaycan vətəndaşları Nahid Əlicanlı və Renad Orucovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qubadlı Hərbi Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Nahid Əlicanlı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınmaqda şübhəli bilinir.
Bakı şəhəri Nizami Rayon Polis İdarəsində araşdırılan digər cinayət işi üzrə isə Renad Orucov xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə şübhəli bilinir.
Hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı qəbul edilib. İstintaqdan gizləndiklərinə görə onlar dövlətlərarası axtarışa elan ediliblər.
Hər iki şəxs Rusiya ərazisində saxlanılıb və müvafiq prosedurlardan sonra Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının müşayiəti ilə Azərbaycana gətirilib.
Denmedia.az

