26 
okt
2023
23:48
470

Bakıda qadına işgəncə verməkdə və azyaşlı qızını zorlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

26 okt, 2023
23:48
470

Bakıda qadına işgəncə verməkdə və azyaşlı qızını zorlamaqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO VİDEO

Bakıda qeyri-rəsmi yaşadığı qadına işgəncə verib, həmçinin onun azyaşlı qızını zorlamaqda təqsirləndirilən Seymur Şahalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Den.az"ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seymur Şahaliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, S.Şahalıyev qeyri-rəsmi münasibətdə olduğu qadına xüsusi işgəncələr verib. O, qadına müxtəlif işgəncələr verəndən sonra ağzına qaynar su tökərək yandırıb. Bununla yanaşı, o, qadının 9 yaşlı qızını zorlamaqda və oğlunu girov saxlamaqda təqsirləndirilir.

Təqsirləndirilən şəxs bununla yanaşı, qadının çılpaq videogörüntülərini çəkərək ərinə göndərəcəyi ilə hədələməklə ondan 50 min manat tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün o, həmin çəkilişin diskini qadının ərinə göndərib.

Qadının şikayəti əsasında S.Şahalıyev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda), 144.2.1-ci (adam oğurluğu, iki və ya daha çox şəxs barəsində törədildikdə), 145.2.2-ci (qanunsuz azadlıqdan məhrum etmə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə), 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 156.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma, Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma), 178.2.2-ci (dələduzluq, təkrar dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 242-ci maddələri üzrə cinayət işi başlanıb.


Orxan Rasifoğlu
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar