ürkiyənin Alanya şəhərində İnterpolun “qırmızı bülleten”i ilə beynəlxalq axtarışda olan Rusiya vətəndaşı Marat Dreyzin saxlanılıb.
DHA-nın məlumatına görə, əməliyyat Antalya Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən yerli prokurorluqla birgə həyata keçirilib.
Saxlanıldıqdan sonra Dreyzin istintaq hərəkətlərinin aparılması üçün polis bölməsinə gətirilib. Burada həmçinin onun ekstradisiyası üçün zəruri sənədlərin hazırlanacağı bildirilir. İşlə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Marat Yevgenyeviç Dreyzin barədə axtarış məlumatları 2021-ci ildən Sankt-Peterburq üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin saytında yerləşdirilib.
Məlumata əsasən, o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhddə qiyabi şəkildə təqsirləndirilir.
Denmedia.az

