16 
okt
2023
08:36
174

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 23 nəfər saxlanıldı

16 okt, 2023
08:36
174

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 23 nəfər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Den.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb. Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar