Oktyabrın 2-də keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluqda təqsirləndirilərək axtarışa verilmiş 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bundan əlavə, polis əməkdaşları Bakıda və respublikanın müxtəlif rayonlarında 3 ov tüfəngi aşkar edərək götürüblər.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

