Azərbaycanda ötən sutka ərzində müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 35 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 9-da polis əməkdaşları tərəfindən ölkə ərazisində qeydə alınmış 42 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.
Beləliklə, gün ərzində polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ümumilikdə 45 cinayətin açılması təmin olunub.

